01:47 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
şagird

Təhsildən yayınan şagirdlərin valideynləri cərimələnəcək

muallim.edu.az
CƏMİYYƏT
Qısa URL
57222

Dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə olunacaq.

BAKI, 2 dek-Sputnik. Azərbaycanda təhsildən yayınan şagirdlər üçün cərimə tətbiq olunacaq.

Sputnik xəbər verir ki, bununla bağlı İnzibat Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.

Layihə qəbul olunaraq MM-in plenar iclasına tövsiyə olunub.

Teqlər:
Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İnzibat Xətalar Məcəlləsi, Milli Məclis, Azərbaycan

Əsas mövzular