CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mikayıl Əliyev küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

© NİİMMikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsi
Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hərəkətin məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədən üzü Babək prospektinə doğru olan 700 metrlik hissəsində tətbiq olunub.

BAKI, 30 noy — Sputnik. Təmir-tikinti işləri ilə əlaqədar Nizami rayonu Mikayıl Əliyev küçəsinin bir hissəsində qısa müddətlik nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədən üzü Babək prospektinə doğru olan 700 metrlik hissəsində tətbiq olunub.

Sözügedən ərazidə təmir-tikinti işləri yekunlaşandan sonra küçənin digər hissəsinin, Babək prospektinə qədər olan 750 metrlik ərazinin nəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik məhdudlaşdırılması planlaşdırılır.

Xəbər lenti
0