18:58 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
CƏMİYYƏT
Qısa URL
16411

Ədliyyə naziri: 2015-ci ilin 9 ayı ərzində 350 min məhkəmə qərarı icra olunub.

BAKI, 20 noy-Sputnik. Azərbaycanda məhkəmə qərarlarının icrası işi mütəmadi təkmilləşdirilir, icra xidmətinin əməkdaşları barəsində ciddi intizam tədbirləri görülür, o cümlədən ədliyyə orqanlarından xaric edilirlər.

Sputnik xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun "Azərbaycan" qəzetində nəşr olunan məqaləsində bildirilib. Nazir qeyd edib ki, 2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə məhkəmə qərarlarının icra işlərinin sayı 53% artaraq 350 mini ötüb: "Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb".

Nazir bildirib ki, qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3.250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Əsas mövzular