CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həkim: İlhamə Quliyevanın səhhətində ciddi problem yoxdur

© qasidİlhamə Quliyeva
İlhamə Quliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artistinin böyrəyi ağrıyırmış.

BAKI, 20 noy — Sputnik. Xalq artisti İlhamə Quliyevanın həkimi, tanınmış uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan onun səhhəti barədə açıqlama verib.

Sputnik-in məlumatına görə, həkim APA-ya bildirib ki, son vaxtlar xəbər saytlarında Azərbaycanın xalq artisti İlhamə Quliyevanın səhhəti ilə bağlı ziddiyyətli məlumatlar yer almaqdadır.

R. Şolanın sözlərinə görə, İ. Quliyeva xəstəxanaya qəbul edildikdən sonra aparılan müayinələr zamanı böyrəklərin fəaliyyətində müəyyən problemlərin olduğu aşkar edilib: "Dərhal intensiv müalicəyə başladıq. Müalicə ilk gündən müsbət təsirini göstərdi. Gündəlik müayinələr təkrarlanır. Şükürlər olsun ki, ciddi müsbət dinamika müşahidə edirik. Hörmətli sənətkarımızın əhval-ruhiyyəsi də yaxşıdı. Ümid edirəm, hətta əminəm ki, yaxın vaxtlarda İlhamə xanımın səsini yenidən səhnədə eşidəcəyik".

Qeyd edək ki, İ. Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur.

Xəbər lenti
0