07:31 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
CƏMİYYƏT
Qısa URL
47210

Tərkibində arsenium olan dərmanı toyuqlar, o toyuqları da biz yeyirik.

BAKI, 19 noy —Sputnik. Türkiyənin Qida,Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi tərkibində arsenium olan dərmanların verildiyi toyuqların istehsalını və satışını qadağan edib. 

Sputnik Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, türk mediası toyuq ətində insan orqanizmi üçün son dərəcə təhlükəli olan arsenium olduğuna dair xəbərlər yayıb. Bu, əhali arasında ajiotaja səbəb olduğundan, Nazirlik açıqlama vermək məcburiyyətində qalıb:

"ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) tərəfindən 2011-ci ildə aparılan araşdırmada "Roxarsone" tərkibli antikoksidiyal (quşlarda xəstəliyə səbəb olan koksidiya cinsindən protozoalara qarşı təsirli vasitə) dərmanın istifadə edildiyi toyuq ətində arsenium qalığına rast gəlindiyi qeyd edilib. Bu hesabat yayılan kimi istehsalçı firma o dərmanları satışdan yığışdırıb. Odur ki, Türkiyə "Roxarsone" tərkibli dərmanların ölkədə istifadəsinə icazə vermir."

Bununla belə, Türkiyə mediası iddia edir ki, sözügedən dərman qanunsuz olaraq həm Türkiyədə istifadə edilir, həm də qonşu ölkələrə ixrac edilir. "Milliyet" qəzetinin yazdığına görə, sözügedən dərman Azərbaycan, Gürcüstan və Qırğızıstanın quş əti istehsalı müəssisələrinə də göndərilir.

Əsas mövzular