CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobili plyonka ilə idarə edənlərin nəzərinə!

© carbon16Plyonkalı maşın
Plyonkalı maşın - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobillərinin şüşələrində pərdə və plyonkalardan istifadə edən sürücülər cərimələnəcək.

BAKI, 16 noy — Sputnik. Avtomobillərinin şüşələrində pərdə və plyonkalardan istifadə edən sürücülər cərimələnəcək.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, avtomobilinin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti başa çatdığından avtomobilləri bu formada idarə edən sürücülərə qarşı yol polisləri tərəfindən tədbirlər görüləcək.

V.Əsədov sürücülərə çağırış edərək bildirib ki, pərdə, jalüz və plyonkaları artıq söksünlər: “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə pərdə, plonka, jalüz və digərlərinin quraşdırılaraq idarə edilməsinə görə sürücülər 150 manat cərimə olunacaqlar. Eyni zamanda bəzən sənaye üsulu ilə hazırlanmış belə pərdələrə, həmçinin kustar üsulla hazırlanaraq avtomobilin şüşələrinə quraşdırılan digər vasitələrə görə sürücülər məsuliyyət daşıyır. İstər sənaye, istərsə də kustar üsulla hazırlansın, əgər bu vasitələr avtomobilin şüşələrinə quraşdırılır və istismar edilirsə, sözsüz ki, sürücü məsuliyyət daşıyır”.

O, əlavə edib ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka, jalüz və digərlərinin quraşdırılaraq idarə edilməsinə görə sürücülərə noyabrın 16-dan etibarən protokol yazılacaq.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standarta əsasən avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti başa çatdığından (noyabrın 15-dək) avtomobilləri bu formada idarə edən sürücülərə qarşı yol polisləri tərəfindən tədbirlər görüləcək.

Xəbər lenti
0