22:42 13 Dekabr 2017
Canlı yayım
Məhkəmə çəkici

Məhkəmə ANS-in MTRŞ-ya qarşı iddiasını təmin etməyib

CC0 / qimono / hammer
CƏMİYYƏT
Qısa URL
1101

Bakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

BAKI, 12 noy — Sputnik. Bakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Nurəddin Mustafayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, ANS-in iddiası təmin edilməyib.

Xatırladaq ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin iclasda ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə də qərar qəbul edilib.

“ANS” Teleradio Şirkət MTRŞ tərəfindən verilən qərarın qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Şikayətə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia təmin edilməyib. Lakin həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 5 noyabr tarixli qərarı ilə ləğv edilib. Məhkəmə qərarında qeyd edib ki, həmin məsələyə birinci instansiyası tərəfindən baxıla bilməz. 

Əsas mövzular