09:04 20 Yanvar 2018
Canlı yayım
Uğurlu insan

Bunları sınayın, mütləq əla nəticələrə nail olacaqsız

© posecretu.com
CƏMİYYƏT
Qısa URL
45920

Hamı və hər şeyə qalib gəlməyin yolları.

BAKI, 7 noy-Sputnik. Bizim bütün planlarımız özümüzün özümüzə verdiyimiz sözlərlə başlayır. Bu sözlər bizləri düzgün yola aparır, motivləşdirir və ruhlandırır. Uğurlu insanlar heç bir zaman onların arzularına, planlarına maneə törədəcək sözlər israf eləmirlər.

Hansı sözləri unutmaq lazımdır? Uğurlu və aktiv insanlar nəyi demirlər?
Sputnik Cazibe on-line resursuna istinadən bu sualların cavabını sizə təqdim edir:

1. Sonra edərəm

Bəzi insanlar düşünürlər ki, məqsədləri və arzuları sonra da yerinə yetirə bilərlər. Lakin sonra — heç bir zamandır. Bir də görəcəksiniz ki, sizin arzularınızı və məqsədlərinizi başqaları artıq yerinə yetiriblər. Əgər bütün işləri daha uyğun vaxta saxlasanız, heç bir şeyə nail ola bilməyəcəksiz. Gec olmadan dərhal planlarınızı həyata keçirməyə başlayın!

2. Mən bunu edə bilmirəm

Siz bu iş üçün yetərincə ağıllı, bilikli və bəxti gətirən deyilsiniz? Bu cümləni desəniz, hər şey bitmiş olacaq! Əgər siz dərhal təslim olursunuzsa, hansı uğurdan söhbət gedə bilər? Çətinliklər irəliləmək üçün motivasiya olmalıdır, geriyə çəkilmək olmaz!

3. Mənə heç kim kömək etmir

Məqsəd və arzularınıza digərlərinin əlləri ilə niyə çatmaq istəyirsiniz? Müstəqil hərəkət edin. Əgər kömək hava və su kimi lazımdırsa, bu zaman həmin insanları sizinlə birgə işləməyə cəlb edin.

4. Mən yorulmuşam

Siz yorulmusunuz? Siz yazıq, bədbəxt və təngə gəlmiş birisiniz! Özünüzə yazığınız gələndə rahat olursunuz? Yorğunluq və güc azlığından yalnız zəif insanlar şikayət edir. Yorulmusunuzsa, yaxşıca yatın, səhər tezdən yeni güclə işə başlayın!

5. Artıq gecdir

Bir çox tanınmış insanlar uğuru daha yetkin yaşlarda əldə ediblər. Onları yaş həddi dayandırmayıb. Siz bunu özünüzə niyə kompleks edəsiniz?

6. Mən "balaca" adamam

Özlərini balaca və heç kim sayan adamlar heç bir zaman uğur əldə etməyiblər. Özünüzü heç vaxt zəif hesab etməyin və bütün məqsədlərə əminliklə nail olun.

7. Uğursuzluqdan qorxuram

Deyl Karnegi deyirdi: "Bir iş görməzdən əvvəl onun ən pis nəticələrini özünüz üçün təsəvvür edin və bununla barışıb hərəkət edin!". Uğursuzluq ehtimalını qəbul edin və hərəkət edin!

Öz fikirlərinizə və sözlərinizə diqqət yetirin. Əgər bu neqativlərdən və komplekslərdən azad ola bilsəniz, hər şey sizə daha asan olacaq.

Əsas mövzular