CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən uzun ayaqlı adam görənləri heyrətləndirir

Uzun ayaqlı adam
Uzun ayaqlı adam - Sputnik Azərbaycan
Abunə olmaq
10 yaşına qədər ayaq ölçüləri normal böyüyən Rodriguez-in ayaqları qəfildən, 1 il ərzində 40 santimetrə çatıb.

BAKI, 26 okt – Sputnik. Venesueladan olan 20 yaşlı Jeison Rodriguez dünyanın ən böyük ayaqlı adamı elan edilib. Ona bu ünvanı Guinness rekordlar kitabının nümayəndəsi verib. Belə ki, Rodriguez-in ayağının uzunluğu 40.1 santimetrdir. 

10 yaşına qədər ayaq ölçüləri normal böyüyən Rodriguez-in ayaqları qəfildən, 1 il ərzində 40 santimetrə çatıb. Mağazalarda onun üçün ayaqqabı tapılmadığından sifarişlə hazırlanır. Bu bilinən ayaqqabı ölçüsünə görə 62 nömrəyə bərabər gəlir. 

Boyu 2.2 metrə çatan Rodriguez, uzun boyu və ayağı səbəbilə baş və oynaq ağrılarından əziyyət çəkir və həkimlərdən kömək istəyir.

Xəbər lenti
0