CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə boşanmaların sayı azalıb

Boşanma
Boşanma - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 43,9 min nikah və 8,6 min boşanma halları qeydə alınıb.

BAKI, 15 okt — Sputnik. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 43,9 min nikah və 8,6 min boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,4-dən 1,3-ə qədər azalıb.

Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1808 nəfər gələn və 688 nəfər ölkədən gedən qeydə alınıb.

Xəbər lenti
0