CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məzuniyyətə nə vaxt çıxmaq lazımdır?

Məzuniyyət
Məzuniyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Tanınmış NLP mütəxəssisi Babək Bayramov məzuniyyətə nə vaxt çıxmağın düzgünlüyünü anladır.

BAKI, 10 okt — Sputnik. Tanınmış NLP mütəxəssisi Babək Bayramov məzuniyyətə nə vaxt çıxmağın düzgünlüyünü anladır.

Günəş, dəniz, qızlar – bunlar hamısı məzuniyyət adlanır. Və qoy bütün dünya gözləsin!

Belə alınıb ki, məzuniyyət deyəndə insanların ağlına yalnız yay gəlir. Bu da təəccüblü deyil, yayda şəhərdə istidən oturmaq olmayanda, işləmək insana cəza kimi gəlir.

Lakin necə deyərlər il yalnız yay ilə gözəl deyildir. Bugün hansı aylarda məzuniyyətə getmək olar məsələsini araşdırmağa çalışacayıq.

Təcili məzuniyyət

Əgər siz ətrafdakı qızlara artıq fikir vermirsiniz isə, gününüz yorğunluq və darıxmaq ilə keçirsə, siz təcili məzuniyyətə çıxmalısınız!

Qanunla hər bir il üçün ən azı 30 gün məzuniyyət günü düşür. Lakin bu 30 günü ən azı 14 gün olmaqla bölüşdürmək olar.

Bəziləri məzuniyyətə maddi xəsislik baxımından çıxmırlar. Lakin dünyanın pulunu yığmaq olmaz, amma arada istirahət etməsəniz psixoloji və ürək-damar sistemi nasazlıqları ilə üzləşə bilərsiniz.

Yaz yaydan yaxşıdır

Psixoloqların fikrinə görə yaz ayları, xüsusən də mart ayı məzuniyyət üçün ən uyğun aydır. Qış boyu yığılmış yorğunluq yaz aylarında psixoloji nasazlıqlara gətirib çıxardır, yuxusuzluq və əsəbilik yaranır. Mütəxəssislər bu aylarda profilaktika məqsədi ilə məzuniyyətə çıxmağınızı məsləhət bilirlər.

Öz zövqünə uyğun

Amerika alimləri ilin dörd fəsilində məzuniyyətə çıxmağı məsləhət bilirlər. Dyuk Universiteninin alimləri müəyyən ediblər ki, insan məzuniyyətdən o zaman zövq alır ki, məzuniyyət bir həftədən çox olmayaraq ilin hər bir fəsilində mövcuddur.

İlk günlər məzuniyyətdən xoşbəxt anlar daha çox olur, yeddinci gün bu emosiyalar kütləşməyə doğru gedir. Məhz buna görə amerikalı alimlər psixoloji rahatlığa görə ildə dörd dəfə mini məzuniyyəti məsləhət görürlər.

Zövqlü və ucuz

Yay aylarında istirahət misal üçün oktyabr ayına nisbətən 40-50% daha baha başa gəlir. Bu səbəbdən yaxşı düşünün. Beləki, sentyabr-oktyabr aylarında Türkiyədə, Yunanıstanda, İspaniyada hava hələ də isti, qiymətlər ucuz və insanlar az olur.

Daha çox istirahət

İstirahət günlərivizi artırmaq istəyirsiniz isə təqvimi önünüzə qoyun və məzuniyyətinizi planlaşdırın. Məzuniyyətə həmişə bazar ertəsi çıxın bu zaman artıq siz şənbə günündən səyahətə çıxa bilərsiniz. Üstəlik bayram günləri məzuniyyətinizə düşürsə avtomatik istirahət günləriniz uzanacaq.

Alacağınız pul

Məzuniyyət pulunun miqdarı hansı ayda məzuniyyətə çıxmanızdan asılıdır. Məzuniyyət pulu belə hesablanır: son 12 ayın maaşı toplanır 12-ə bölünür, daha sonra alınmış rəqəm 30,4-ə bölünür və məzuniyyət günlərinə vurulur.

Maraqlı faktlar

– Həkimlər hesab edirlər ki, insan orqanizminin tam istirahəti üçün 4 həftəlik məzuniyyət mütləqdir.

– Dünyada ən uzun məzuniyyət sahibləri fransızlar, almanlar, ispanlar, danimarkalılar və braziliyalılardır. Ən qısa məzuniyyət günləri isə ABŞ-da (14 gün), Yaponiyada (11 gün), Cənubi Koreyadadır (10 gün).

 

Xəbər lenti
0