CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qax məktəbliləri flaşmob keçiriblər

© sputnik.az/ Pəri AbbaslıQaxda flaşmob
Qaxda flaşmob - Sputnik Azərbaycan
Abunə olmaq
Flaşmobun keçirilməsində məqsəd Azərbaycanda təhsildən kənarda qalan və yaxud orta məktəbdən erkən ayrılan qız uşaqlarına çağırış etmək olub.

BAKI, 7 okt — Sputnik. Qax məktəbliləri “İşıqlı gələcək üçün oxu” – qızları təhsilə çağırış flaşmobu keçiriblər.

Flaşmobun keçirilməsində məqsəd Azərbaycanda təhsildən kənarda qalan və yaxud orta məktəbdən erkən ayrılan qız uşaqlarına çağırış etmək olub.  

Flaşmob “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində keçirilib.

"İşıqlı gələcək üçün oxu"  və “Oxu” şüarları altında keçirilən flaşmoba Qax şəhər 2 saylı, Qax rayon İbaxlı və Qaratala kənd orta məktəbləri qatılıblar. 

Məktəblilər bu flaşmoba qatılmaqla Respublikadakı qız yaşıdlarına təhsillərini yarımçıq qoymamaq, öz işıqlı gələcəklərini qurmaq üçün oxumaq mesajını veriblər. 

QLUİB sözügedən flaşmob üçün ona görə Qax məktəblərini seçib ki, bu rayon Respublikada təhsil sahəsində qabaqcıl yerlərdən birini tutur və burada qızların orta təhsildən yayınma halları 0%-ə yaxındır. Eyni zamanda Qax məktəblərinin məzunlarının ali məktəblərə ümumilikdə qəbul faizi Respublika üzrə ən yüksək göstəricilər sırasındadır. Hər il ali məktəblərə qəbul olunanların təqribən 65-70%-i qız uşaqları olur. Bu rayonda qızların erkən yaşda nikaha girmə faizi yox dərəcəsindədir. 

Haqqında bəhs olunan flaşmobun videogörüntüləri yaxın günlərdə mediaya təqdim ediləcək.

Xəbər lenti
0