CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda komanda-qərargah təlimləri başlayıb

Abunə olmaq
Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi Silahlı Qüvvələrin hazırlığı planına əsasən, oktyabrın 5-dən Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ilə komanda-qərargah təlimləri başlayıb.

BAKI, 5 okt — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi Silahlı Qüvvələrin hazırlığı planına əsasən, oktyabrın 5-dən Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ilə komanda-qərargah təlimləri başlayıb.

Sentyabrın 6-dan 13-dək keçirilmiş komanda qərargah hərbi oyunlarında icra edilən əməliyyat tapşırıqlarının davamı kimi nəzərdə tutulan bu təlimlərdə Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş fəaliyyətlərinin qərargahlar tərəfindən idarə olunması bacarıqları yoxlanılacaq.

Təlim tapşırıqlarının işlənib hazırlanması ilə yanaşı mürəkkəb əməliyyat şəraitində qoşunların idarə edilməsi, müxtəlif səviyyəli qərargahların uzlaşması, döyüş xidmətinin təşkili və aparılmasının yoxlanılması da nəzərdə tutulur. 

Komanda-qərargah təlimləri oktyabrın 8-dək davam edəcəkdir.

Xəbər lenti
0