CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıt Texnologiyalar Parkı 827 min manatlıq maaşları gecikdirib

© report.azPul
Pul - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik: Sumqayıt Texnologiyalar Parkından vətəndaşlar tərəfindən ərizə və şikayətlər daxil olur ki, biz əmək haqlarımızı ala bilmirik.

BAKI, 1 okt — Sputnik. Cari ilin 9 ayı ərzində vətəndaşlara ödənilməli olan gecikdirilmiş ödənişlərin həcmi 1,5 mln. olub ki, bunun da 86%-ı (1,290 mln. manat) əmək haqlarının gecikdirilməsidir.

Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib.

F. Əlizadə bildirib ki, gecikdirilmiş əmək haqlarının 827 min manatı təkcə bir müəssisənin üzərinə düşür: "Bu da Sumqayıt Texnologiyalar Parkıdır. Bir neçə vaxtdır ki, Sumqayıt Texnologiyalar Parkından vətəndaşlar tərəfindən ərizə və şikayətlər daxil olur ki, biz əmək haqlarımızı ala bilmirik. Amma dünən bizə STP tərəfindən verilən rəsmi məlumata görə, iyul ayı daxil olmaqla, avqust ayının 1-dək bütün əmək haqqı ödənilib".

Xəbər lenti
0