05:58 15 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Qadın

Kişilər seksdən silah kimi istifadə edən qadınları xoşlamırlar

geekpeeks.com
CƏMİYYƏT
Qısa URL
90520

Sputnik kişilərin nifrət etdiyi 10 qadın davranışını təqdim edir.

BAKI, 27 sent-Sputnik. Kişilər qadınlara aşiqdir. Qadınlara nail olmağın yolu gözəl görünməkdən, yaxşı qoxumaqdan və gözəl danışmaqdan keçər. Lakin kişilər indiyə qədər qadınlarla birlikdə və onlardan ayrı yaşamağı bacarmadılar. Çünki kişilərə görə, qadınlar həm mükəmməldirlər, hə də mükəmməl deyillər.
Sputnik sizə kişilərin nifrət etdiyi 10 qadın davranışını təqdim edir.
1. Seksdən silah kimi istifadə edənlər
Münasibətlərdə çox qadın öz üstünlüklərini ifadə etmək üçün kişilərin seks istəklərini anlayışla qarşılamazlar. Bu "cəsur davranış"ı qadınlar öz aralarında alqışlasalar da, kişilərə görə, qadınlar bu bəsit görünən insan ehtiyacından vaz keçə biləcəklərini düşünməməlidirlər. Çünki seks ehtiyacı kişilərlə yanaşı qadınlarda da mövcuddur.

2. Çox deyinənlər

Çox qadın danışmağı xoşlayır. Əgər kişi onlara imkan verərsə, susmaq bilməzlər. Bu kişilərin qadınların nə söylədiklərinə diqqət yetirmədikləri anlamına gəlməz. Sadəcə kişilər hər detalı eşitmək istəmirlər.

3. Gününü alış-verişdə keçirənlər

Alış-veriş zamanı gələndə, çox qadına bir gün bəs eləməz. Vitrinlərə baxmaq, tək-tək hər bir şeyi gözdən keçirmək, qiymətləri bilmək. Bir ayaqqabı və geyim mağazasında yemək, içmək və digər ailə qayğılarını düşünmədən saatlarla vaxt itirə bilərlər.
Kişilərə görə, bu işin ən pis tərəfi qadının alış-verişə əri ilə birlikdə getməyi arzulamalarıdır. Çünki məqsədsiz yerə mağaza-mağaza dolaşmaq, hər geyimə, ayaqqaba görə böyük pullar xərcləmək kişiləri özündən çıxarır.

4. Həddən artıq həssas olmaq, hər şeyə ağlamaq

Kədərli, yaxud xoşbəxtlikdən bəhs edən bir filmə baxarkən, dırnağı qırılarkən, saçı pis kəsilərkən ağlayan qadınlar dözülməzdir. Kişilər üçün bundan daha da pisi, qadınların bu həssaslıqlarının getdikcə artmasıdır. Qadınlar bu cür vəziyyətlərdə kişilərin çiyninə baş qoyaraq ağlayarkən həm də istəyirlər ki, kişilər onlara təsəlliverici sözlər desinlər.
Kişilər hələ də bilmirlər ki, bir qadını necə sakitləşdirmək olar. Onlara söylədikləri şey çox yaxşı təsir edə, ya da onları incidə bilər. Kişilər hər dəqiqə çiyinlərini isladan bir qadın istəmirlər.

5. Şəxsi məsələlərə qarışanlar

Qadınların kişilərin şəxsi əşyalarını eşələmək kimi şakəri var. Əlaqələrinin, ya da evliliyinin uzun sürməsini istəyən qadınlar bir gömrük işçisi kimi hər şeyi alt —üst edə bilər.
Bu cür davranışı əslində qadınları da kişilər qədər nifrətlə qarşılayırlar. Saçlarını neçəyə kəsdirdikləri və başqa yerlərə nə qədər xərclədikləri barədə sualları cavablandırmağdan xoşları gəlməz.

6. Qadınların kişilərə nə düşündükləri barədə sual vermələri

Bəzi qadınlar kişiləri qayğılı görəndə sağa-sola baxmadan "nə fikirləşirsən" sualını verərlər. Sanki bu suala verilən cavabla kişini anlamağa çalışacaqlar.
Kişilər onları qayğılandıran və ya öz nəzəriyyələrini irəli sürməyə vadar edən suallara istədikləri kimi cavab verməyə nifrət edərlər. Kişilər o qadınların suallarına cavab verərlər ki, onu özlərinin ruh əkizi hesab edərlər.

7. Zəif və möhtac olanlar

Bəzi qadınlar kişilərin onları qiymətli hesab etməsini, onları əl üstündə saxlamasını, şişirtməsini və nə qədər özəl olduqlarını söylənməsi, ətraflarında mənəvi dəstək üçün pərvanə olmalarını istəyərlər. Kişilərdə isə bu məsələlərdə bir təzad var.
Vurulduqları zaman qadınlar nə qədər azad olduqlarını kişilərə göstərmək istəyərlər. Amma dərindən aşiq olduqları zaman müdafiəsiz vəziyyətə düşə bilərlər. Kişilərsə sağlam, dayanaqlı, güclü, özünə əmin qadınlarla birlikdə olmaq istəyərlər. Qadının ən azı öz daxili dünyası ilə sülh içində olduğunu duymaq istəyərlər.

8. Qısqanclar.

Çox qadın sevgilisindən ya da kişilərdən başqa bir qadının adını eşitməyi xoşlamazlar. Kişilər niyə qadınların buna həddən artıq reaksiya verdiklərini çox vaxt anlaya bilmirlər.
Əgər kişidən şübhələnməsi üçün bir əsas varsa, onda qadın haqlıdır. Amma boş yerə olan inamsızlığın əvəzini kişilər ağır ödəməməli olduqlarını düşünürlər.

9. Digər qadınları gözü götürməyənlər

Niyə bir qadın özündən daha zəngin və gözəl qadın haqqında xoş sözləri eşitməyi sevməz? Çəkisindən tutmuş saç düzümünə qədər hər mövzuda vas-vası olduqları halda, çox qadın həmcinsinin zənginliyini qısqanar. Kişilərin də belə söhbətlər etməsini istəməzlər. Kişilər də lazım gəlməsə, belə söhbətləri etməzlər və heç nədən yaxalarının qadının əlinə keçməsini istəməzlər.

10. Olmadıqları halda özlərini mələk kimi göstərməyə çalışanlar

Çox qadınlar özlərini kişilərdən daha yaxşı göstərməyə çalışarlar. Kişilər qadınların göründükləri qədər saf və məsum olmadıqlarını, hər insanın xətalarının ola biləcəyini yaxşı bilirlər. 

Əsas mövzular