14:23 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
36 0 0

Satirik jurnal Aylan Kürdinin karikaturalarına görə məhkəməyə verilə bilər.

BAKI, 15 sen – Sputnik. Fransanın satirik “Charlie Hebdo” jurnalı  sentyabırın əvvəlində Avropaya keçməyə cəhd edərkən suda boğulmuş Aylan Kürdi adlı suriyalı uşaqla bağlı karikaturalar dərc edib və buna görə məhkəməyə verilə bilər. Bu barədə “Mirror” qəzeti yazıb.

Balaca oğlanın ölümü Avropaya çatmaq üçün mücadilə aparan miqrantların rəmzinə çevrilib. Karikaturanın birində isə uşaq qumun üstündə “Belə məqsədə daha yaxındır" yazısı ilə təsvir edilib. 

Diqər karikaturada isə suyun üzəri ilə gedən İsa peyğəmbər və yanında başıaşağı suda üzən oğlan təsvir edilib. Rəsmin altında “Xristianlar suda gəzir, müsəlman uşaqları isə batır” yazılıb.

“Charlie Hebdo”dan növbəti yersiz zarafat
facebook
“Charlie Hebdo”dan növbəti yersiz zarafat

Karikatura Avropanın özündə kəskin qəzəbli reaksiya doğurub. Britaniyalı vəkil Peter Herbert jurnal haqqında “irqçi, ksenofob və Fransanın mənəvi çürüklüyünü göstərən” sözlərini işlədib. Sosial şəbəkələrin istifadəçiləri də jurnalı tənqid etdilər. 

2015-ci il yanvarın 7-də "Charlie Hebdo" satirik jurnalı Məhəmməd Peyğəmbərin karikaturalarına görə hücuma məruz qalıb. Nəticədə, 12 nəfər həlak olub.

Əsas mövzular