06:54 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
Məkkədə faciə (8)
18610

Həcc ziyarəti zamanı ölənlərin sayı 87 nəfərə çatıb.

BAKI, 12 sent — Sputnik. Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb, 184 nəfər xasarət alıb.

Sputnik xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Nazirliyinin son açıqlamasında bildirilir.

Daha əvvəl 52 nəfərin öldüyü, 30 nəfərin xəsarət aldığı bildirilirdi.

Hadisə "Məscidül-Həram" məscidinin genişləndirilməsi işləri zamanı baş verib. Buna güclü yağışın yağmasının səbəb olduğu bildirilir.

Hazırda xilasedicilər və təcili tibbi yardım briqadaları hadisə yerində işləyir.

Səudiyyə Ərəbistanının Məkkə administrativ dairəsinin Əmiri Xaled əl-Feysəl bu fövqəladə halın araşdırılması ilə bağlı xüsusi komissiya təşkil edib. 

Hazırda Məkkədə Həcc ziyarəti həyata keçirilir. Azərbaycandan bir qrup VİP zəvvar artıq Mədinəyə çatıb və mehmanxanalara yerləşdirilib.

Hadisə nəticəsində Azərbaycan vətəndaşlarından zərərçəkən yoxdur.

 

Mövzu:
Məkkədə faciə (8)
Teqlər:
Mədinə, Həcc, Məscidül-Həram, Səudiyyə Ərəbistanı, Məkkə, Məscidül-Həram, Səudiyyə Ərəbistanı

Əsas mövzular