BAKI, 11 sent-Sputnik. Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.
Sputnik xəbər verir ki, bu barədə “Əl-Ərəbiya” telekanalı məlumat yayıb.
Məlumata əsasən, daha 30 nəfər müxtəlif bədən xəsarətləri alıb. Səudiyyə Ərəbistanının Mülki Müdafiə Nazirliyi ölənlərlə bağlı faktı təsdiqləyib.
Hadisə "Məscidül-Həram" məscidinin genişləndirilməsi işləri zamanı baş verib.
Qeyd edək ki, hadisənin güclü yağış yağması nəticəsində baş verdiyi bildirilir.
Hazırda xilasedicilər və təcili tibbi yardım briqadaları hadisə yerində işləyir.
Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.