00:19 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
67311

Asim Mollazadə: Dövlət strukturlarında ixtisar islahatlarının aparılması labüddür.

BAKI, 10 sen — Sputnik. Dövlət strukturlarında ixtisar islahatlarının aparılması labüddür. Bunu Sputnik-ə açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, məmur qvardiyası azaldılmalıdır. “İdarəetmə sistemində daha çox gücü yerlərə vermək lazımdır. Bir sıra funksiyaların bir-birilərini təkrarlaması, bir sahənin iki mənbə tərəfindən idarə olunması aradan qaldırılmalıdır”, — deyə millət vəkili vurğulayıb.

Millət vəkili hesab edir ki, ən əsası yeni şəraitdə orta və xırda sahibkarlığın imkanları artırılmalıdır: “Bununla bağlı təhsil və səhiyyə sistemində ciddi və köklü islahatlar həyata keçirilməlidir. Çünki təhsil sistemindəki islahatlar yeni şüura və biliyə malik olan menecerlərin yetişməsinə imkan yaradacaq. Yəni ölkənin bir sıra sahələrinin inkişafı üçün yeni bacarığa və şüura malik menecerlərə ehtiyacımız var. Ona görə də islahatlar ölkənin strategiyasına uyğun olaraq sistemli və qənaətcil olmalıdır”.

Millət vəkili Çingiz Qənizadə də Sputnik-ə açıqlamasında struktur islahatlarının aparılmasının vacibliyini qeyd edib. 

“Hesab edirəm ki, bu cür islahatların aparılması qaçılmazdır. Çünki prezident bu istiqamətdə addım-addım islahatlar həyata keçirib və ümidvaram ki, bu cür islahatlar bundan sonra da aparılacaq”, — deyə Çingiz Qənizadə deyib.

Millət vəkili hesab edir ki, ASAN Xidmətin səlahiyyətlərinin genişləndirilməsi strukturlarda aparılacaq islahatların başlanğıcıdır: “Mən hesab edirəm ki, nəqliyyat sektorundan həqiqətən də kifayət qədər narazılıqlar var idi. Və zaman-zaman onu bizlər də  demişik, digər qurumlar və vətəndaşlar tərəfindən şikayət  də olub. Cənab prezident hər zaman digər sahələr kimi bu sahəni də nəzarətdə saxlayır. Zamanı yetişəndə də sözünü deyir. Bu islahatlar olmadan hesab edirəm ki, indiki maliyyə böhranı ərəfəsində ciddi dönüş əldə etmək olmaz. Ona görə də islahatların necə olacağı, hansı strukturların ləğv olunacağı və ya birləşməsi məsələsi birbaşa ölkə başçısının səlahiyyətində olan məsələdir. Və onun tərəfindən qərar veriləcək.”

Millət vəkili onu da əlavə etdi ki, istənilən islahat ümumən dövlətin, xalqın xeyrinə olacaq.

“Biz inanırıq ki, prezidentin bu istiqamətdə atacağı hər addım ölçülüb-biçilib və bu islahatlar idarəçiliyinin təkmilləşməsinə, insanların rahatlığına xidmət edən məsələlərdir”, – deyə o bildirib.

Teqlər:
millət vəkili, ASAN, Asan Xidmət, Asim Mollazadə, Çingiz Qənizadə, Azərbaycan

Əsas mövzular