18:00 25 İyun 2018
Canlı yayım
  • RUB0.0269
  • USD1.7000
  • EUR1.9810
Sovetski

"Sovetski"də evləri kiçik olan sakinlərə mənzil veriləcək

CƏMİYYƏT
Qısa URL
10201

“Sovetski” məhəlləsində evlərinin sökülməsi ilə əlaqədar köçürülməsi planlaşdırılan bəzi sakinlərinə 9 mərtəbəli binalarda mənzillər veriləcək. Sputnik-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Abid Şərifov deyib.

BAKI, 8 sen — Sputnik. “Sovetski” məhəlləsində evlərinin sökülməsi ilə əlaqədar köçürülməsi planlaşdırılan bəzi sakinlərinə 9 mərtəbəli binalarda mənzillər veriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, “Sovetski”nin bəzi sakinləri sahəsi çox kiçik olan evlərdə yaşayır: “Məlum olduğu kimi, mənzilin 1 kvadratmetrinə görə 1500 manat həcmində kompensasiya ödənilir. "Sovetski” sakinlərinin təqribən 20 faizinin yaşayış sahəsi 25 kvadratmetrdən çox deyil. Əlbəttə, onlar həmin kompensasiya ilə mənzil əldə edə bilməzlər. Buna görə də belə ailələrin yerləşdirilməsi üçün iki 9 mərtəbə ayrılıb”.

A.Şərifov qeyd edib ki, bu binalardan biri “Gənclik” mehmanxanasının yanındadır və orada 60 ailə yerləşdiriləcək: “Bu bina daha əvvəl qaçqınlar üçün yataqxana idi. Onlar başqa yerə köçürülüb, bina təmir edilib və indi orada “Sovetski”dən olan sakinlər yaşayacaq. Əvvəlcə sakinlər buna qarşı idi, lakin hazırda ərizələrin sayı gündən-günə artır”.

O bildirib ki, binada sahəsi 36 kvadratmetr olan birotaqlı, eləcə də sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzillər var: “Bu binalarda bütün zəruri şərait var. “Sovetski” sakinlərinin bunadək yaşadığı şəraiti nəzərə alsaq, onlar çox razı qalmalıdırlar. İkinci bina keçmiş Səttarxan adına maşınqayırma zavodu yaxınlığındadır. Bura daha əvvəl qaçqınlar üçün yataqxana olub. Hazırda ilin sonuna başa çatdırılması planlaşdırılan təmir işləri aparılır”.

Baş nazirin müavini əlavə edib ki, “Sovetski”nin yaşıllaşdırılması üzrə işlərə ilin sonunadək başlamaq planlaşdırılır: “Bir daha qeyd etmək istəyirəm ki, “Sovetski”də binaların tikintisi planlaşdırılmır. Bütün ərazidə parklar salınacaq və yollar çəkiləcək”.

Əsas mövzular