19:14 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Qəbiristanlıqda yaşayan ailə öz yeni evində!

Masazırda neft quyuları üzərində tikilən evlər köçürülməyəcək

lent.az
CƏMİYYƏT
Qısa URL
6611

Baş nazirin müavini Abid Şərifov Masazırda neft quyuları üzərində tikilən evlər məsələsinə aydınlıq gətirib.

BAKI, 8 sen — Sputnik. Baş nazirin müavini Masazırda neft quyuları üzərində tikilən evlər məsələsinə aydınlıq gətirib.

Sputnik  xəbər verir ki, baş nazirin müavini Abid Şərifov Masazırda bitum yatağı üzərində tikilən evlərlə bağlı məsələyə aydınlıq gətirərək bildirib ki, burada 1990-cı illərin əvvəllərində müvafiq icra qurumalrının razılığı olmadan 1100-ə yaxın ev tikilib və həmən ərzi müvafiq dövlət qurumlarının ciddi nəzarəti altındadır.

Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası orada bitum yatağının olduğunu bildirir, amma  bununla bağlı konkret rəsmi məlumat yoxdur: “Konkret olan isə odur ki, orada qaz sızmaları olub, bir evdə partlayış baş verib, insan tələfatı olmayıb, evə ziyan dəyib. Həmin ev bərpa olunub. Belə halların qarşısını almaq üçün FHN-nin xətti ilə tədbirlər görülüb. Mən bir neçə dəfə SOCAR, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə ərazidə olmuşam, hansı işlər görülməsi ilə bağlı rəyə gəlmişik”

Baş nazirin müavini əlavə edib ki, gözlənilən təhlükənin qarşısını almaq məqsədi ilə evlərə qaz yığılmaması üçün, oradakı 1100 evin zirzəmisində nəfəsliklər açdırılıb:  “Bundan əlavə olaraq oradakı bütün kommunikasiya, kanalizasiya xətləri yoxlanıb. Oradakı vəziyyət  ciddi nəzarət altındadır və ərazidə araşdırmalar davam etdirilir”.

Evlərin köçürülməsinə gəldikdə isə Şərifov bildirib ki, bu gün 1100 evin köçürülməsindən söhbət gedə bilməz və bu, elə də asan məsələ deyil: “Bir də gördüyümüz tədbirlərdən sonra o evlərin köçürülməsinə ehtiyac yoxdur. Biz daim yoxlama aparırıq, qaz yığıntısından partlayış ola bilməz. Onu da deyim ki, bu tədbirlər görülənə qədər ərazidə təcili tibbi yardım maşınları yerləşdirilmişdi, post qoyulmuşdu, eyni zamanda yanğına qarşı tədbirlər görülmüşdü. Görülən tədbirlərdən sonra orada daimi qrup ərazidə gəzir, postları isə götürmüşük. Orada elə bir ciddi problem gözləmirik”.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin direktoru Qurban Yetirmişli Masazırda qır yatağı üzərində təhlükəli zonada tikilən evlər və binaların köçürülməli olduğunu bildirib.

Əsas mövzular