17:17 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Seismograph

İlin sonunadək zəlzələ gözlənilir

Science Photo Library
CƏMİYYƏT
Qısa URL
186521

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, mərkəzi Şəkidə olan zəlzələ ocağı sönmədiyindən, ilin sonunadək xırda təkanların olması gözlənilir.

BAKI, 7 sent – Sputnik. İlin sonunadək 3,4 və 5 ballıq zəlzələlər olacağı ehtimal olunur. Ancaq yenidən 7 bal gücündə zəlzələ olması mümkün deyil.

Bunu jurnalistlərə açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, mərkəzi Şəkidə olan zəlzələ ocağı sönmədiyindən, ilin sonunadək xırda təkanların olması gözlənilir. 

“Sentyabrın 4-dən, yəni zəlzələ baş verən gündən indiyədək 50-dən artıq xırda təkanlar olub və bu davam edəcək. Şəkidə baş verən zəlzələ digər zəlzələ ocaqlarında da gərginlik yaradıb və həmin ocaqlarda zəlzələ baş verə bilər amma bu barədə konkret proqnoz vermək mümkün deyil. Azərbaycan seysmik bölgə olduğu üçün, zəlzələlərin olması mümkündür. İlin əvvəlindən bugünədək 3128 yeraltı təkan qeydə alınıb” deyə Qurban Yetirmişli əlavə edib.

Teqlər:
zəlzələnin episentri, zəlzələ, Azərbaycanda zəlzələ, Seysmoloji Xidmət Mərkəzi, Qurban Yetirmişli, Azərbaycan

Əsas mövzular