08:12 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
17811

"Kaspersky Safe Kids" uşaqların internet fəaliyyətini izləməyə və arzuedilməz kontentə çıxışını məhdudlaşdırmağa kömək edəcək.

BAKI, 5 sent-Sputnik. "Kasperski Laboratoriyası" uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün "Kaspersky Safe Kids" adlanan yeni proqram təqdim edib.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, ödənişsiz istifadəyə verilən bu proqram valideynlərə uşaqlarının virtual həyatını daha yaxşı anlamağa, rəqəmsal aləmdə onlara diqqət yetirmək üçün nəzərdə tutulub. "Windows", "Mac", "Android" və "iOS" qurğularında işləyən bu proqram vasitəsilə valideynlər uşaqların internetdə nə qədər vaxt keçirdikləri, kimlərlə ünsiyyətdə olmaları, harada olduqları haqda məlumat əldə edirlər. Eyni zamanda "Kaspersky Safe Kids" uşaqların arzuedilməz kontentə çıxışını məhdudlaşdırmağa kömək edir.

Yeni həll uşağın etdikləri zəngləri, ötürdükləri və aldıqları SMS-ləri izləməyə imkan verir. Valideyn kiminləsə uşağının ünsiyyətini məhdudlaşdırmaq istəyirsə, sazlamalarda kontakt nömrəsini daxil edə bilər. Bu halda arzuolunmaz şəxslərdən məktub daxil olduqda valideynə bildiriş gəlir. Bu həldən istifadə etmək üçün "My Kaspersky" portalında qeydiyyatdan keçmək, uşağın profilini yaratmaq və əlavəni yükləmək yetərlidir.

Ekspertlərin fikrincə, uşaqların internet şəbəkəsində mühafizəsi sistemli yanaşma tələb edir. Texnoloji həllərin istifadəsi ilə yanaşı, valideynlər uşaqlarına rəqəmli təhlükəsizlik qaydalarını öyrətməli və övladları ilə internetdə baş vermiş bütün yaxşı və pis hadisələri müzakirə etməlidirlər.

Teqlər:
Kaspersky Safe Kids, My Kaspersky, iOS, Android, Mac, Windows, Kasperski Laboratoriyası, Kaspersky Safe Kids, Kasperski laboratoriyası, Kasperski Laboratoriyası

Əsas mövzular