11:08 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
37801

Mərkəzdən əlavə ediblər ki, baş vermiş zəlzələ güclü olduğu üçün gün ərzində xırda təkanlar hiss oluna bilər.

BAKI, 4 sen — Sputnik. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.

Mərkəzdən verilən məlumatda vətəndaşlara yeraltı təkanlarla bağlı yayılan qeyri-dəqiq informasiyalara inanmamaq tövsiyə olunur: “Zəlzələ təbiət hadisəsi, yerin təkində gedən prosesdir. Seysmoloji Xidmət Mərkəzi olaraq bizim borcumuz baş verən hadisələrlə bağlı cəmiyyəti düzgün informasiya ilə məlumatlandırmaqdır. İnsanlar rəsmi məlumatdan başqa yayılan şayiələrə, qeyri-dəqiq informasiyalara inanmasınlar. Yayılan qeyri-dəqiq məlumatlar insanlara mənfi təsir göstərir”.

Mərkəzdən əlavə ediblər ki, baş vermiş zəlzələ güclü olduğu üçün gün ərzində xırda təkanlar hiss oluna bilər.

Qeyd edək ki, bu gün saat 09:49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.

Əsas mövzular