07:12 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
7411

Futbolçunun vəkili Adəm Məmmədov deyir ki, Cavid Hüseynov təcridxanada gününü daha çox kitab oxumaqla keçirir.

BAKI, 28 avq – Sputnik. Qəbələ futbol klubunun hazırda həbsdə olan futbolçusu Cavid Hüseynov vəkili ilə görüşüb. 

Sputnik “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cavid həm Qarabağı, həm də Qəbələni təbrik edib. Bu barədə futbolçunun vəkili Adəm Məmmədov açıqlama verib: “Hər iki komandanın qrupa düşməsinə çox sevinir. Dedi ki, “Qəbələ” onun ümidlərini doğruldub. Arzusu budur ki, klubu daha çox uğurlar qazansın”. 

Vəkil həmçinin qeyd edib ki, Cavid klubun növbəti oyunlarında iştirak edəcəyinə ümid edir: Dedi "mən klubun kapitanı olmuşam, çox istərdim ki, son iki oyunda mən iştirak edim". Ümid edir ki, qrup oyunlarında iştirak edəcək. Cavid Azərbaycan futboluna öz töhfəsini vermək istəyir”

Adəm Məmmədov əlavə edib ki, Cavid Hüseynov təcridxanada gününü daha çox kitab oxumaqla keçirir.

Teqlər:
Cavid Hüseynovun vəkili, Qəbələ futbol klubu, Qəbələ FK, vəkil Adəm Məmmədov, Cavid Hüseynov, Azərbaycan

Əsas mövzular