05:13 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
aptek

Qiymətlərin endirilməsi dərman qıtlığı yaradıb

oxu.az
CƏMİYYƏT
Qısa URL
4110

Səhiyyə Nazirliyi: Bakının bəzi apteklərində dərmanların olmaması qiymət etiketlərinin yenilənməsi ilə əlaqədardır.

BAKI, 27 avq – Sputnik. Bakının bəzi apteklərində dərmanların olmaması qiymət etiketlərinin yenilənməsi ilə əlaqədardır.

Sputnik-in məlumatına görə, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Qurum rəsmisi qeyd edib ki, Tarif Şurasının qiymətləri tənzimləyən qərarından sonra artıq bəzi apteklərdə bu prosesə başlanılıb.

S.Əhmədova vətəndaşlara tövsiyə edib ki, apteklərdən lazım olan dərmanı eyni tərkibdə istəsinlər: “Apteklərdə dərmanların qiymət etiketləri hazırda tənzimlənir. Ona görə də indi vətəndaşlar apteklərdən başqa adda eyni tərkibli dərmanlar ala bilərlər. Apteklərdə dərman qıtlığı yaşana bilməz”.

Bakıda bir qrup şəhər sakini bəzi apteklərdə dərmanların çatışmadığını iddia edirlər. Belə ki, aptekə müraciət edəndə, satıcı onlara lazım olan dərmanın olmamasını bildirib.

Teqlər:
dərman qiyməti, dərmanların qiyməti, Tarif Şurası, Səhiyyə Nazirliyi, Səfayə Əhmədova, Azərbaycan

Əsas mövzular