14:12 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
CƏMİYYƏT

Ekspert: Astana klubu ÇL-yə düşə bilirsə, biz UEFA-ya niyə düşməyək?!

CƏMİYYƏT
Qısa URL
3711

Ağasəlim Mircavadov: Yanq boys güclüdür, Qarabağ ondan da güclüdür.

BAKI, 27 avq – Sputnik. “Əgər Qazaxıstan klubu gəlib Çempionlar Liqasında qruplara düşə bilirsə, bizimkilər niyə Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilməsin?”. Bunu Sputnik-ə açıqlamasında tanınmış məşqçi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib. Onun sözlərinə görə, Qarabağ və Qəbələ futbol klubları bugün keçiriləcək Avroliqanın cavab oyunlarında müsbət nəticə əldə edə bilərlər. 

Qarabağın şansını daha yüksək qiymətləndirən təcrübəli mütəxəssis, hər şeyin oyunçuların həvəsindən asılı olduğunu bildirib.

“Mən inanmıram ki, Qarabağ öz şansını itirsin. Əgər səfərdə 1-0 hesabı ilə qalib gəlmişiksə, nəyə görə burda əksi olsun. Yanq boys güclü komandadır, ancaq Qarabağ onlardan da güclüdür. Qaldı ki, Qəbələnin oyununa, mən onlardan da ümidliyəm. Bakıda Panatinaikosla heç-heçə oynasalar da, şans hələ davam edir. Hər şey komandanın düzgün oyun strategiyasından asılıdır”- deyə Ağasəlim Mircavadov əlavə edib. Klublarımızın qrup mərhələsinə qalacağı təqdirdə transferə ehtiyac olub-olmadığı barədə suallarımızı da cavablandıran tanınmış məşqçi, Qarabağın transferə ehtiyacı olmadığını deyib: “Qarabağ futbol klubunun yeni futbolçuya ehtiyac duyduğuna inanmıram. Qəbələyə gəldikdə isə, komandanın hücumlarında nəticəyə gedə biləcək futbolçuya ehtiyac hiss olunur.”

Bugün UEFA Avroliqada, həm Qarabağ, həm də Qəbələ futbol klubları pley off mərhələsinin cavab oyunlarına çıxacaq. Qarabağ doğma meydanda İsveçrənin Yanq Boys, Qəbələ isə səfərdə Yunanıstanın Panatinaikos klubu ilə üz-üzə gələcək.

İlk oyunda təmsilçimiz Qarabağ səfərdə Yanq Boys-a 0-1 hesabı ilə qalib gəlsə də, Qəbələ doğma meydanda Panatinaikos klubu ilə 0-0 heç-heçə etmişdi.

Teqlər:
AFFA Məşqçilər Komitəsinin üzvü, Avroliqanın qrup mərhələsi, Avroliqa, Çempionlar Liqası, Qəbələ FK, Qarabağ futbol klubu, Qarabağ FK, Ağasəlim Mircavadov, Azərbaycan

Əsas mövzular