20:48 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
CƏMİYYƏT

Elektron siqaretlər uşaqları öldürə bilər

CƏMİYYƏT
Qısa URL
43201

Alimlərin fikrincə, elektron siqaret çəkənlər onların saxlanmasına məsuliyyətsiz yanaşırlar. Bu isə onların uşaqlarının ölümü ilə nəticələnə bilər.

BAKI, 27 avq — Sputnik. Alimlərin fikrincə, elektron siqaret çəkənlər onların saxlanmasına məsuliyyətsiz yanaşırlar. Bu isə onların uşaqlarının ölümü ilə nəticələnə bilər. Müvafiq məqalə Academic Pediatrics jurnalında dərc olunub.

Tədqiqatda 658 nəfər elektron siqaret çəkən şəxs iştirak edib. Onların 36%-i etiraf ediblər ki, siqaret üçün mayeni uşaqların əli çata bilən yerdə saxlayırlar. 3%-i isə bildirib ki, onların uşaqları heç olmasa bir dəfə bu mayeni içməyə cəhd göstəriblər. 

Elektron siqaretlər üçün maye nikotin, distillə edilmiş su, qliserin və propilenqlikoldan ibarətdir. Tədqiqat müəllifləri iddia edirlər ki, bu qarışığın bir çay qaşığı dozası balaca uşaq üçün ölümcül ola bilər. Daha az miqdarda isə ağır zəhərlənmə baş verər.

Alimlər bütün elektron siqaret çəkənləri mayeni saxlama qaydasına diqqət yetirməyə çağırırlar. Onların fikrincə, mayeyə əlavə olunmuş ətirlər uşaqları cəlb edir.

Teqlər:
Academic Pediatrics jurnalı, elektron siqaret çəkmək, siqaret, Elektron siqaret

Əsas mövzular