08:19 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
CƏMİYYƏT

"AtaBank"ın Müşahidə Şurasının üzvü dünyasını dəyişib

CƏMİYYƏT
Qısa URL
2401

Rövşən Həsənov 2007-ci ildən bankın Müşahidə Şurasının üzvü olub.

BAKI, 27 avq — Sputnik. "AtaBank" ASC-nin Müşahidə Şurasının üzvü Rövşən Şəmsi oğlu Həsənov dünyasının dəyişib.

Bu barədə "APA-Economics"ə bankdan məlumat verilib.

R. Həsənov D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq Təsərrüfatın iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1987-ci ildə Sənaye Tikinti Bankında Mühasib vəzifəsində başlayıb və 1987-1989-cü illərdə respublikada fəaliyyət göstərən kommersiya banklarında bir sıra vəzifələrdə çalışıb.

1989-1991-ci illər ərzində Maliyyə Nazirliyində Tikinti Kompleksinin maliyyələşdirilməsi şöbəsinin Böyük İqtisadçısı, daha sonra isə Tikinti Kompleksinin Nəqliyyatın və rabitənin maliyyələşməsi şöbəsində II dərəcəli iqtisadçı vəzifəsi tutub.

1991-2000-ci illər ərzində özəl sektorda çalışıb.

2002-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankında Strategiya və proqnozlaşdırma Departamentinin Baş iqtisadçısı sonra isə Əməliyyat Departamentinin Xəzinədarlıq Əməliyyatları şöbəsinin rəisi qismində çalışıb.

2004-2007-ci illərdə "Kapital Bank" ASC-də Nağd vəsaitlərlə iş Departamentinin Nağd vəsaitlərin dövriyyəsi şöbəsinin rəisi vəzifəsini tutub.

R. Həsənov 2007-ci ildən "AtaBank" ASC-nin Müşahidə Şurasının üzvüdür.

Teqlər:
AtaBank-ın Müşahidə Şurasının üzvü, AtaBank, Rövşən Həsənov, Rövşən Şəmsi oğlu Həsənov, Azərbaycan

Əsas mövzular