00:59 22 Fevral 2017
Canlı yayım
Azərişıq

“Azərişıq” “Azərsu”nun işığını kəsəcək

trend
CƏMİYYƏT
Qısa URL
38 0 0

“Azərişıq” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 28-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

BAKI, 26 avq – Sputnik. “Azərişıq” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 28-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Sputnik “Azərişıq” ASC-nin məlumatına istinadən bildirir ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Qanunvericiliyinə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur. Borclular  arasında “Azərsu” ASC-də  var.

Teqlər:
Azərişıq Azərsu, Azərsu, Azərişıq