07:27 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Müəllimlərin imtahanı

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

© Photo: REPORT
CƏMİYYƏT
Qısa URL
38 0 0

Bu il müsabiqə nəticəsində vakant yerlərin tutulma göstəriciləri ötən ilin nəticələrindən 32 faiz artıqdır.

BAKI, 24 avq — Sputnik. 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Sputnik Təhsil Nazirliyinin məlumatına istinadən xəbər verir ki,  müsabiqədə iştirak etmək üçün 3 min 462 vakant yerə 24 min 437 nəfər ərizə verib. Onlardan 21 min 795 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin birinci mərhələsinə — test imtahanlarına buraxılıb. Müsabiqənin birinci yerləşdirilməsi nəticələrinə görə 1877 nəfər işə qəbul olunmaq hüququ qazanıb.

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə yerləşdirilmə aparılıb. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 3 min 599 nəfər əlavə yerləşdirmədə iştirak üçün müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 356 nəfər işə qəbul olunub.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 2 min 233 nəfər işə qəbul edilib. Onlardan 1589 nəfərinə (71 faizinə) həvəsləndirmə tədbirləri tətbiq olunub. Bu il müsabiqə nəticəsində vakant yerlərin tutulma göstəriciləri ötən ilin nəticələrindən 32 faiz artıqdır. Belə ki, ötən tədris ilində işə qəbul olunanların sayı 1692 nəfər olmuşdusa, cari dərs ilində onların sayı 541 nəfər artıb.

Bu il keçirilmiş müsabiqədə nəticələrdən apellyasiya şikayəti verən olmayıb.

Teqlər:
müəllimlərin imtahanı, müəllimlərin işə qəbulu üzrə müsabiqə, müəllimlərin işə qəbulu müsabiqəsi, müəllimlərin işə qəbulu, Təhsil Nazirliyi, Azərbaycan

Əsas mövzular