09:57 17 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921
Natiq Cəfərli

Ekspert: Dövlət bahalaşmanın qarşısını ala bilməyəcək

© Foto : N.Cəfərlinin şəxsi arxivi
CƏMİYYƏT
Qısa URL
46330

Natiq Cəfərli: Manatın devalvasiyasından sonra ərzaq və digər məhsullarda qiymət artımı gözlənilirdi. Çünki ölkədə satılan qida məhsullarının yarıdan çoxu, geyim və digər məhsulların isə hamısı xaricdən dollarla gətirilir.

BAKI, 19 avq – Sputnik. Düşünürəm ki, dövlət inzibati yollarla qiymət artımının qarşısını ala bilməyəcək.

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə müsahibəsində deyib. Onun sözlərinə görə, manatın devalvasiyasından sonra bahalaşma gözlənilirdi, sadəcə olaraq dövlət ilk başda inzibati yollarla bunun qarşısını ala bildi.

“Əslində manatın devalvasiyasından sonra ərzaq və digər məhsullarda qiymət artımı gözlənilirdi. Çünki ölkədə satılan qida məhsullarının yarıdan çoxu, geyim və digər məhsulların isə hamısı xaricdən dollarla gətirilir. Sadəcə olaraq, ilk başlarda dövlət ciddi nəzarət mexanizmlərini işə salaraq, inzibati yollarla bunun qarşısını aldı. Lakin zaman keçdikcə, proses büdcəyə ciddi təsir etməyə başladı, vergi gəlirlərində azalmalar müşahidə olundu ki, bu da dövlət üçün yolverilməzdir. Hökumət gömrük tariflərini aşağı salaraq, rəqabət mühitini yaxşılaşdıraraq bahalaşmanın qarşısını ala bilər. Ancaq bu kimi islahatlar özü digər ciddi problemlərə, məhsulların keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarar. Ona görə də düşünürəm ki, dövlət inzibati yollarla qiymət artımının qarşısını ala bilməyəcək” — deyə Natiq Cəfərli qeyd edib.

Teqlər:
bahalaşma, manatın devalvasiyası, süni qiymət artımı, qiymət artımı, Natiq Cəfərli

Əsas mövzular