00:20 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Нелегальные мигранты отправляются в Европу через Средиземное море

Avropada immiqrantların sayı qorxulu həddə çatıb

polit.ru
CƏMİYYƏT
Qısa URL
41821

Bu il Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayının 750 mini keçəcəyi proqnozlaşdırılır.

BAKI, 19 avq – Sputnik. Avropa Birliyi ölkələrinə köçən immiqrantların sayı iyul ayında 107 min 500 nəfərə çatıb.

Sputnik xəbər verir ki, İttifaqın Sərhəd Nəzarət Agentliyindən verilən yazılı məlumata görə, 2014-cü ilin yanvar-iyul ayları arasında sayları 123 min 500 olan immiqrant sayı bu ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə artaraq 340 mini keçib.

Məcburi köçkünlərin çoxu Suriya və Əfqanıstandandır.

İmmiqrantların təxminən 50 mini Egey dənizindən yunan adalarına, 20 mini İtaliyaya, təxminən 35 mini Macarıstana keçib.

Almaniyaya da qaçqın axını ciddi şəkildə artıb və hökumət narahatlığını dilə gətirir.

Gedişata görə, Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayı bu il 750 mini keçəcək.

Almaniyaya köç axını daha çox Suriya və Balkan yarımadasındandır.


Teqlər:
immiqrant, miqrant, Avropa ittifaqının Sərhəd Nəzarət Agentliyi, Avropa Birliyi

Əsas mövzular