04:43 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
71

Yeni metod “SINAM” şirkəti tərəfindən tətbiq olunur. Sistemdə yollardakı tıxaclar barədə məlumatı interaktiv şəkildə FM qəbuledicilərdə əks etdirmək üçün FM diapazonlu RDS (Radio Data System) kanaldan istifadə olunur.

BAKI, 14 avq — Sputnik. Azərbaycanda yollardakı tıxaclar barədə sürücüləri məlumatlandıran sistem işə salınıb. Bu barədə Trend-ə “SINAM” şirkətindən məlumat verilib.

Yeni metod “SINAM” şirkəti tərəfindən tətbiq olunur. Sistemdə yollardakı tıxaclar barədə məlumatı interaktiv şəkildə FM qəbuledicilərdə əks etdirmək üçün FM diapazonlu RDS (Radio Data System) kanaldan istifadə olunur.

İnternet və ya SMS vasitəsilə ötürülən GPS məlumat axını verilişindən fərqli olaraq, yeni metodda informasiya axını radiokanal vasitəsilə həyata keçiriləcək ki, buna da xərc lazım olmayacaq.

Bundan başqa, system “Yollar” naviqasiya xəritəsi ilə əlaqəlidir.

Teqlər:
SINAM RDS, tıxac RDS, yollardakı tıxaclar, yollardakı tıxac, Bakıda tıxac, tıxac, tıxac problemi, tıxacın həlli, SINAM, SINAM şirkəti, Bakı, Azərbaycan

Əsas mövzular