09:42 17 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Zahir Əzəmət

Zahir Əzəmət: Rasimin qətli qudurğanlığın, dərəbəyliyin nəticəsidir

facebook Zahir Əzəmət
CƏMİYYƏT
Qısa URL
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
7942

Jurnalist Rasim Əliyevin işlədiyi Ann.az xəbər portalının baş redaktoru: Rasimin ölümündə məsuliyyətsiz həkimlərdən tutmuş, hadisəni birbaşa təşəbbüskarı olan Cavidə qədər günahı olan hər kəs cəzalandırılmalıdır.

BAKI, 12 avq – Sputnik. Bir neçə gün əvvəl qətlə yetirilən jurnalist Rasim Əliyevin işlədiyi Ann.az xəbər portalının baş redaktoru Zahir Əzəmət Sputnik-ə açıqlama verib. 

Baş redaktor cinayətin törədilməsində Cavid Hüseynovun əli olduğunu vurğulayıb: "Rasimin qətli qudurğanlığın, dərəbəyliyin nəticəsidir. Bu dəhşətli cinayətdir. Susqunluğumuz müəyyən işlərlə məşğul olmağımızla bağlıdır. Biz çalışırıq ki, dövlət bu işə müdaxilə etsin. Boş-boş bəyanatlarla yox, əməli işlərlə məşğul olsunlar ki, Rasim kimi təmiz bir oğlanın qanı yerdə qalmasın. Dövlətin reaksiyasını elə ilk andaca hiss etdik. Amma hesab edirik ki, Rasimin ölümündə məsuliyyətsiz həkimlərdən tutmuş, hadisənin birbaşa təşəbbüskarı olan Cavidə qədər günahı olan hər kəs cəzalandırılmalıdır."

"Cavid Hüseynovun şəhid oğlu olması bu cinayətə haqq qazandırmır" — deyən Zahir Əzəmət bildirib ki, “Cavid Hüseynov bir həftə idi ki, həm ölkə miqyasında, həm də qlobal səviyyədə tərbiyəsziliklə məşğul idi”. “Əgər vaxtında klub səviyyəsində, AFFA səviyyəsində cəzasını alsaydı, hadisələr bu yerə gəlib çatmazdı. Bu həmin Cavid Hüseynovdur ki, Azərbaycan jurnalistlərinin qanını analiz etməyə çağırdı. Belə çıxır ki, Azərbaycanda yeganə türk Cavid Hüseynovdur. Guya ki, başqalarının damarında türk qanı axmır. Bu həmin Cavid Hüseynovdur ki, Azərbaycan-Yunanıstan münasibətlərini təhlükə altına atacaq jestlər etdi. İlk günlər əllərində bayraq etdilər ki, Cavid şəhid oğludur. Lakin, nəzərə alaq ki, dünənki xidmətlər bugünkü cinayətlərə haqq qazandırmır. Gərək, insan bu qədər qudurğan olmasın. Cavidə layiqli cəza verilməlidir. Bununla görk olmalıdır ki, bizim cəmiyyətdə idmançılar heç də ali təbəqəni formalaşdırmır. İdmançılar özlərini ən ali təbəqə hesab edirlər. Mahmud Qurbanov jurnalistlərə hücum çəkdi, onları zədələdi, lakin, cəza almadı. Araz Abullayev maşını ilə insan öldürdü, lakin cəzalandırılmadı. İndi də Rasimin qətli. Düşünürəm ki, bu hadisələrə son qoyulmalıdır. Əgər, bir futbolçudan nəsə yaza bilməyəcəyiksə, biz o medianın 140 illiyini niyə qeyd eləyək? Onda qəbul edək ki, bizdə jurnalistika yoxdur. Sadəcə, olaraq divar qəzetlərinin çapı ilə məşğuluq. Lakin, Azərbaycanda media da var, jurnalist də var, hətta öldürülən jurnalist də var", deyə baş redaktor əlavə edib. 

“Rasimin Arzusu evini təmir edib ailə həyatı qurmaq idi”, deyən Zahir Əzəmət vurğulayıb ki, jurnalistin məqsədi futbolçunun etdiyi hərəkəti tənqid etmək olub: “Rasimlə futbolçu arasında olan yazışmalardan xəbərimiz yox idi. Əgər hədələrdən xəbərimiz olsaydı, müvafiq orqanlara müraciət edərdik. Biz Rasim döyüləndən sonra hadisələrdən xəbərdar olduq. Rasim evin tək oğlu idi və bir bacısı var idi. O, kasıb bir ailənin üzvü idi və Bayıl qəsəbəsində qalırdılar. Rasim bir qızla nişanlı idi. Arzuları var idi ki, evlərini təmir edib ailə həyatı qursun. Rasim istedadlı, zəhmətkeş, vicdanlı jurnalist idi. Belə bir jurnalisti itirmək təkcə bizim üçün yox, hamı üçün çox sasıdıcı oldu.” 

Ann.az saytının müxbiri Rasim Əliyev bir neçə gün bundan əvvəl döyülərək öldürülüb. 

Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırmalar aparılır.

Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
Teqlər:
Rasim Hüseynovun qatili, jurnalist Rasim Əliyevin ölümü, Rasim Əliyevin qətlə yetirilməsi, Rasim Əliyevin ölümü, Rasim Əliyevin öldürülməsi, Rasim Əliyevin döyülməsi, Cavid Hüseynov, jurnalist Rasim Əliyev, Rasim Əliyev, Zahir Əzəmət, Azərbaycan

Əsas mövzular