16:55 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
5612

Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub.

BAKI, 11 avqust – Sputnik. “Qəbələ”nin sabiq kapitanı 3 ay müddətinə həbs edilib.

Sputnik "Yeni Müsavat" qəzetinə istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl (xəbər saat 17.06-da verilib) Səbail Rayon Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov həbs olunub. Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Sabail Rayon Prokurorluğunun C.Hüseynov barəsində təqdimata baxılıb və futbolçu 3 ay müddətinə həbs olunub.

C.Hüseynova Cinayət Məcəlləsinin 307.1, 307.2 —  cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub. C.Hüseynovun vəkili Adəm Məmmədov məlumatı təsdiqləyib. O, bildirib ki, futbolçu barəsində həbs qərarından apellyasiya şikayəti veriləcək.    

Jurnalist Rasim Əliyev C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib. Olaydan sonra E.İsmayılov həbs olunub. O da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb. E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub. Onunla bərəbər jurnalistin döyülməsində iştirak edən şəxslərin də saxlanılması haqda məlumat var.

Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
Teqlər:
Qəbələnin sabiq kapitanı, Qəbələnin kapitanı, Cavid Hüseynovun həbs edilməsi, Cavid Hüseynov həbs edildi, Sabail Rayon Prokurorluğu, Səbail Rayon Məhkəməsi, vəkil Adəm Məmmədov, Hakim Elşad Şamayev, jurnalist Rasim Əliyev, Rasim Əliyev, Cavid Hüseynov, Azərbaycan

Əsas mövzular