18:33 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
43622

Qırğızıstan müftisi və Dini Məsələlər üzrə Dövlət Komissiyasının təmsilçisi məktəblərdə hicabın geyinilməsinin qəbuledilməzliyini bildiriblər.

BAKI, 11 avq – Sputnik. Qırğızıstanda şagirdlərin məktəbə hicabla getməsi qadağan edilib.

Sputnik xəbər verir ki, bunu ölkənin elm və təhsil naziri Elvira Sarıyeva deyib: "Baş nazir aydın şəkildə bəyan edib ki, dünyəvi dövlət dünyəvi qanun-qaydalarla idarə olunmalıdır, ancaq dini baxışlara da hörmət edilməlidir. Məktəb çərçivəsində standart məktəbli forması təsdiqlənib. Biz hesab edirik ki, şagirdlər bu qaydaya əməl etməlidir."

Onun sözlərinə görə, Qırğızıstan müftisi və Dini Məsələlər üzrə Dövlət Komissiyası da məktəblərdə hicabın geyinilməsinin qəbuledilməzliyini bildiriblər.

Teqlər:
hicab, Qırğızıstanda hicab qadağası, hicab qadağası, Qırğızıstanın Təhsil Nazirliyi, Elvira Sarıyeva, Qırğızıstan

Əsas mövzular