08:19 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Jurnalist Rasim Əliyev

Jurnalistin qətlinə görə bir neçə nəfər şübhəli şəxs kimi saxlanılıb

facebook
CƏMİYYƏT
Qısa URL
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
1322

Hadisədə şübhəli bilinərək saxlanılan şəxslərin barəsində bu gün məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçiləcək. Saxlanılan şəxslərin arasında futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov da var.

BAKI, 10 avq — Sputnik. Jurnalist Rasim Əliyevin qətlə ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumatda qeyd olunur ki, hadisədə şübhəli bilinərək saxlanılan şəxslərin barəsində bu gün məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçiləcək. Saxlanılan şəxslərin arasında futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov da var. Saxlanılan digər şəxslərin kimliyi istintaq sirri olduğu üçün açıqlanmır.

Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntüləri istintaqa təqdim olunub. Bundan başqa, R. Əliyevin mobil telefonuna edilən zənglər araşdırılıb və hadisə şahidlərinin, mərhumun yaxınlarının, onun müayinəsini aparan həkimlərin izahatı alınıb.

Yaxın saatlarda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayacaq.

Qeyd edək ki, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.

Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)

Əsas mövzular