09:47 17 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921
Fərhad Mehdiyev

Fərhad Mehdiyev: Jurnalistin döyülməsində Cavid Hüseynovun əli var

qu.edu.az
CƏMİYYƏT
Qısa URL
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
4702

Mehdiyev, Rasim Əliyevin ölməsində həkim qüsuru olduğunu da yazıb.

BAKI, 10 avqust – Sputnik. Jurnalist Rasim Əliyevin döyülməsində Cavid Hüseynovun əli var. 

Bunu politoloq Fərhad Mehdiyev özünün facebook səhifəsində qətllə bağlı paylaşdığı statusda yazıb. 

Fərhad Mehdiyev qeyd edib ki, Rasim Əliyevin verdiyi müsahibədən sonra dəqiqliklə bunları demək mümkündür: “Onun döyülməsində Cavid Hüseynovun əli var, özü vurmasa da yanında gətirdikləri insanların nə cür hərəkət edəcəklərini bilərək bunu etmişdir. Yəni həmin hadisənin təşkilatçısı kimi onu dəyərləndirmək mümkündür. Bunu sübut edən bir digər fakt, döyülmə hadisəsi baş verdikdən sonra, C.Hüseynovun heç nə etməməsi idi”.

Fərhad Mehdiyev, Rasim Əliyevin ölməsində həkim qüsuru olduğunu da yazıb: “Kameraya rahat şəkildə müsahibə verən bir insanın sonradan daxili qanaxmadan ölməsi onu sübut edir ki, zamanında lazımi tədbirlər aparılmayıb. Rasim Əliyevin o uzun müsahibəni verməsi də (az danışmalı idi) onu göstərir ki, həkimlər çox da onun qayğısına durmurdular.”

Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
Teqlər:
jurnalistin öldürülməsi, jurnalistin döyülməsi, jurnalist Rasim Əliyevin ölümü, politoloq Fərhad Mehdiyev, jurnalist Rasim Əliyev, Rasim Əliyev, Fərhad Mehdiyev, Azərbaycan

Əsas mövzular