10:17 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
İlham Əliyev

Prezident qətlə yetirilən jurnalistlə bağlı ciddi tapşırıqlar verib

conflict.az
CƏMİYYƏT
Qısa URL
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
10122

Azərbaycan prezidenti qətlə yetirilən jurnalist Rasim Əliyevlə bağlı ciddi tapşırıqlar verib. Sputnik xəbər verir ki, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

BAKI, 10 avq — Sputnik. Azərbaycan prezidenti qətlə yetirilən jurnalist Rasim Əliyevlə bağlı ciddi tapşırıqlar verib. Sputnik xəbər verir ki, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyev avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub. “Azərbaycan prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir”.

Ə. Həsənov bildirib ki, prezident  İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırılması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib.

“Azərbaycan prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb. Cənab prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib”, — deyə o vurğulayıb.

Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
Teqlər:
Rasim Əliyevin öldürülməsi, Rasim Əliyevin döyülməsi, Əli Həsənov, İlham Əliyev, jurnalist Rasim Əliyev, Rasim Əliyev, Azərbaycan

Əsas mövzular