06:45 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
41021

Asim Mollazadə: Müharibə bölgədə sabitliyin pozulmasını istəyən və Ermənistanın arxasında duran qüvvələrin marağına xidmət edir.

BAKI, 6 avq-Sputnik. Ermənistan-Azərbaycan münaqişəsinin hərb yolu ilə azad olunmasından danışmaqdansa, müharibə edib qalib gəlmək lazımdır. Bunu Sputnik-ə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə müdafiə naziri Zakir Həsənovun Qarabağ münaqişəsinin hərb yolu ilə həllinə dair verdiyi bəyanata münasibətini bildirərkən deyib.

DİP sədrinin sözlərinə görə, Azərbaycan xaqlı böyük səbrlə Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən nəticə gözləyir. “Biz  sülh yolu  ilə münaqişənin həllinin tərəfdarıyıq. Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, danışıqlar yolu ilə həllini taparsa, bu, Azərbaycan xalqının mənafeyinə daha çox uyğun olardı” — deyə Mollazadə bildirib. Millət vəkili onu da əlavə edib ki, əgər müharibə yolu ilə münaqişənin həllinə üstünlük versək, o zaman bundan istifadə edən qüvvələr ortaya çıxa və regiondakı vəziyyəti daha da mürəkkəbləşdirə bilərlər: “Bir şeyi yaddan çıxarmaq olmaz ki, müharibə bölgədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrin, həmçinin Ermənistanın arxasında duran qüvvələrin marağına xidmət edir və bundan ehtiyatlı olmaq lazımdır. Digər bir məqam isə ondan ibarətdir ki, bölgədə sabitliyin pozulması Azərbaycanın həyata keçirdiyi enerji, iqtisadi və nəqliyyat layihələrinə mənfi təsir göstərər.”

Mollazadə hesab edir ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələri daha fəal olmalıdırlar: “Onlar anlamalıdırlar ki, artıq Azərbaycan xalqının səbri tükənməkdədir və belə hal baş verərsə, bu, təkcə bölgəyə deyil, bütövlükdə  qonşu region ölkələrinə də mənfi təsir göstərəcək.”

Teqlər:
Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münaqişəsi, DİP, Demokratik İslahatlar Partiyası, Asim Mollazadə, Azərbaycan

Əsas mövzular