11:36 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
8701

FIFA prezidenti Yozef Blatter Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinin seçkisində iştirak etməyəcəyini açıqlayıb.

BAKI, 3 avqust — Sputnik. FIFA prezidenti Yozef Blatter tutduğu daha bir vəzifəni tərk etmək qərarına gəlib. 

Sputnik FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Blatter Beynəlxalq Olimpiya Komitəsinin yeni üzvlərinin seçki prosesində iştirak etməyəcək.

Blatter bu qərarı ilə bağlı BOK prezidenti Tomax Baxı məlumatlandırıb.

Bu ilin mayında FIFA böyük qalmaqalla üzləşmişdi. Korrupsiyada günahkar bilinən qurumun yüksək vəzifəli 7 əməkdaşı Sürixdə həbs edilmişdi. Bundan sonra Blatter növbəti dəfə FIFA prezidenti seçilsə də, cəmi 4 gün sonra istefa verdiyini açıqlamışdı.

Nəticədə gələn il, fevralın 26-da keçiriləcək prezident seçkilərinə qədər onun postunda qalmasına qərar verilmişdi.


Teqlər:
FIFA prezidenti, Beynəlxalq Olimpiya Komitəsi, FIFA, Blatter, Yozef Blatter

Əsas mövzular