01:13 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
77020

Sumqayıt və Abşeron sakinləri üçün şad xəbər var.

BAKI, 31 iyul — Sputnik. Sumqayıt və Abşeron sakinləri üçün şad xəbər var. 

İlin sonunadək “Avtovağzal” metrostansiyası istifadəyə veriləcək. Bu barədə Sputnik-ə etibarlı mənbədən deyiblər. Artıq bir neçə gündür ki, “Avtovağzal” metro stansiyası ətrafında işlər yenidən canlanıb və orada tamamlama abadlıq işləri görülməkdədir. Orada çalışan və adının çəkilməsini istəməyən məsul əməkdaşlardan biri Sputnik-ə bildirdi ki, yeni metro stansiyanın ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. “Əgər işlər nəzərdə tutlan qayda və qrafikə uyğun gedərsə, o zaman dekabrın sonunda stansiyanın rəsmi açılşı ola bilər”, — deyə adının çəkilməsini istəməyən şəxs bildirdi. Onun sözlərinə görə, artıq işlər yekun mərhələdədir və lazımi maliyyə vəsaiti olacaqsa işlərin vaxtında başa çatdırılmasında problem olmayacaq və işləri dekabrın ortalarınadək yekunlaşdırmaq mümkün olacaq.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə müraciət etdik.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də Sputnik-ə açıqlamasında bildirdi ki, “Bakı Metropoliteni” QSC ən qısa müddətdə “Avtovağzal” stansiyasını açmağı planlaşdırır. “Stansiyada tikinti işləri demək olar ki, başa çatıb. Quraşdırma işlərinə başlanılıb. Hələlik dəqiq vaxt demək çətindir. Yəqin ki, 2016-nın ilk yarısına kimi açılacaq”, — deyə N. Paşayev qeyd edib.

N. Paşayev onu da əlavə etdi ki, “Avtovağzal” stansiyası "Memar Əcəmi — 2" stansiyası ilə bərabər istifadəyə veriləcək. “Çünki bu hər iki stansiya bənövşəyi xəttin ilk stansiyalarıdır”, — deyə o bildirib.

Qeyd edək ki, 2014-cü ilin sonunda etibarən “Avtovağzal” stansiya ətrafında işlər dayanmışdı və artıq bir neçə gündür ki, orada işlər yenidən başlayıb.

Teqlər:
yeni metro, yeni metro stansiyası, Avtovağzal Biləcəri, Biləcəri Avtovağzal, Biləcəri qəsəbəsi, Avtovağzal, Avtovağzal metrostansiyası, Avtovağzal metro, Avtovağzal stansiyası, Memar Əcəmi 2, Memar Əcəmi-2 stansiyası, Bakı Metropoliteni, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti, Nəsimi Paşayev, Sumqayıt, Abşeron, Azərbaycan

Əsas mövzular