16:45 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
59 0 0

2010-cu ildə Ermənistandakı ağır sosial vəziyyətdən əziyyət çəkdiyindən Azərbaycana pənah gətirmiş 52 yaşlı Eqişe Petrosoviç Gevorkyan, arvadı Ruzanna və üç övaladı barəsində qaldırılan cinayət işi başa çatdırılaraq məhkəməyə verilib.

BAKI, 31 iyul — Sputnik. Ermənistandan qaçıb Azərbaycana pənah gətirmiş erməni ailəsinin məhkəmə prosesinin vaxtı müəyyənləşib.

Sputnik erməni mətbuatına istinadıən xəbər verir ki, 2010-cu ildə Ermənistandakı ağır sosial vəziyyətdən əziyyət çəkdiyindən Azərbaycana pənah gətirmiş  52 yaşlı Eqişe Petrosoviç Gevorkyan, arvadı Ruzanna  və üç övaladı barəsində qaldırılan cinayət işi başa çatdırılaraq məhkəməyə verilib. İlk məhkəmə iclası avqustin 13-də Vedi rayonunda keçiriləcək.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna və oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviç 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə qanunsuz olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə keçib və Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq həmin şəxsləri 2014-cü il dekabrın 12-də qarşı tərəfə qaytarıb.

Ermənistan hüquq-mühafizə orqanları isə Gevorkyan ailəsinə sərhəddi qanunsuz keçdiyinə görə Cinayət Məcəlləsinin 239-cu maddəsi ilə cinayət işi açıb.

Teqlər:
erməni ailəsinin məhkəməsi, erməni ailəsinin məhkəmə prosesi, erməni ailəsi, Eqişe Petrosoviç Gevorkyan

Əsas mövzular