10:07 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
manat

Bəxtəvərin saxta pullarını əlindən aldılar

banco.az
CƏMİYYƏT
Qısa URL
6101

Daxili işlər naziriliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi keçirdiyi əməliyyat nəticəsində külli miqdarda saxta əskinası dövriyyədən çıxarıb.

BAKI, 22 iyul — Sputnik. Daxili işlər naziriliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi keçirdiyi əməliyyat nəticəsində külli miqdarda saxta əskinası dövriyyədən çıxarıb.  

Bu barədə Sputnik-ə məlumat Daxili İşlər Nazirliyindən verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə  Bakı şəhər sakini Bəxtəvər Şiralıyevin oğurladığı “VAZ 2107” markalı nəqliyyat vasitəsini satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal həyata keçirilən əməliyyat tədbiri ilə fakt təsdiqini tapıb və o, saxlanılıb.  

Araşdırmalar zamanı həmin avtomaşının Suraxanı rayonunda yaşayan Ceyhun Qocayevə məxsus olduğu və bu il iyul ayının 14-də Bəxtəvər Şiralıyev tərəfindən  qaçırıldığı müəyyən edilib. 

Üzərinə baxış zamanı B.Şiralıyevdən 450 manat saxta əskinas götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə də baxış keçirilib və oradan, ümumilikdə, 24800 manat, o cümlədən 130 ədəd 100 manatlıq, 236 ədəd isə 50 manatlıq saxta əskinas aşkar olunaraq götürülüb. 

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat  tədbirləri davam etdirilir.

Teqlər:
saxta pul, Daxili İşlər Nazirliyi, Daxili işlər naziriliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Azərbaycan

Əsas mövzular