12:42 20 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Презентация крупнейшего международного информационного бренда Спутник

Sputnik.az-ı artıq mobil telefondan oxumaq mümkündür

© Sputnik / Алексей Филиппов
CƏMİYYƏT
Qısa URL
695 0 0

Sputnik.az saytının Azərbaycan və rus dilindəki versiyalarını artıq mobil telefondan da oxumaq mümkündür.

BAKI, 22 iyul – Sputnik. Sputnik.az saytının Azərbaycan və rus dilindəki versiyalarını artıq mobil telefondan da oxumaq mümkündür.

Belə ki, iOS və Android platformaları üçün nəzərdə tutulmuş Sputnik mobil tətbiqi artıq Azərbaycan dilində də mövcuddur. 

Bu tətbiq smartfon istifadəçilərinə 7 gün 24 saat xəbər izləməyə, şəkillərə baxmağa və müxtəlif dillərdə radio dinləməyə imkan verir.

Azərbaycan dilindən başqa, Sputnik tətbiqi həmçinin serb, ingilis, italyan, polyak, abxaz, portuqal, Çin, yapon, alman, fransız, hind, qırğız, türk, Vyetnam, Belarus, dari, Danimarka, Koreya, kürd, Norveç, puştu, fars, fin, İsveç, urdu, ərəb, moldavan, gürcü və rus dillərində mövcuddur.

Sputnik tətbiqini App StoreGoogle Play-dən pulsuz yükləyə bilərsiniz.

Günün xəbər baxımından tam əhatəsindən əlavə, Sputnik-in yeni tətbiqinin istifadəçiləri ekspertlərin aktual mövzularda şərhlərini oxuya bilər, təhlil və infoqrafika ilə tanış ola bilərlər. Müvafiq servisin köməyi ilə istənilən xəbəri dərhal sosial şəbəkələrdə paylaşmaq mümkündür. Sputnik-in yeni məhsulunda ən müasir yanaşmalar tətbiq edilib, interfeys rahat və əlverişlidir, müxtəlif quraşdırmalar isə İOS və Android platformalarındakı tətbiqlərin bütün istifadəçilərinin maraqlarını nəzərə almağa imkan yaradır. Tətbiq iOS 6.0 və Android 4.0 və daha yuxarı versiyalı əməliyyat sistemləri ilə işləyən bütün müasir smartfonlarda çalışacaq.

Sputnik (sputniknews.com) onlarla ölkədə multimedia və informasiya mərkəzləri kimi fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Teqlər:
sputnik.az smartfon, sputnik.az Google Play, sputnik Google Play, sputnik.az App Store, sputnik App Store, Azərbaycan xəbərləri, sputnik.az, Azərbaycan

Əsas mövzular