17:45 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1901

Bu gün Bakı Apellyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

BAKI, 21 iyul — Sputnik. Bu gün Bakı Apellyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Qeyd edək ki,  İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ. Əliyev apellyasiya şikayəti verib.

Teqlər:
İntiqam Əliyevin məhkəməsi, Hüquqşünas İntiqam Əliyev, Bakı Apellyasiya Məhkəməsi, Cavad Cavadlı, İntiqam Əliyev, Azərbaycan

Əsas mövzular