14:10 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
6501

Müasir qatarların alınması ilə bağlı olaraq “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında müqavilə imzalanıb.

BAKI, 21 iyul — Sputnik. 2016-cı ildən etibarən Azərbaycanla Türkiyə arasında sərnişin qatarı xətti fəaliyyətə başlayacaq. Bunu Spuntik-ə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, növbəti ildən etibarən Bakı-Tbilisi-Qars dəmiryolu xətti fəaliyyətə başlayacaq və ondan sonra Azərbaycanla Türkiyə arasında təkcə yük qatarları deyil, eyni zamanda sərnişin qatarlarının fəaliyyətinin bərpa edilməsi də nəzərdə tutulur: “Artıq bu istiqamətdə işlər gedir. Bu məqsədlə Azərbaycan bu xətdə işləyəcək müasir qatarlar almaq niyyətindədir. Müasir qatarların alınması ilə bağlı olaraq “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən 30 müasir vaqonun alınması planlaşdırılır. Hazırda  müasir tipli vaqonların alınması üçün maliyyə probleminin həll olunması istiqmaətində işlər gedir.”

N. Əzməmmədov onu da əlavə etdi ki, vaqonlar 2016-cı ildə Azərbaycana  gətiriləcək və  Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə buraxılacaq.

Teqlər:
Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı-Tbilisi-Qars, Türkiyə, Azərbaycan

Əsas mövzular