00:52 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
железнодорожная линия

Bayramda işləyən qatarlarda lüks şərait yaradılacaq

livejurnal.ru
CƏMİYYƏT
Qısa URL
801

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Ramazan bayramı ilə əlaqədar olaraq sərnişin axınının rahatlığını təmin etmək prosesinə tam hazır vəziyyətdədir.

BAKI, 16 iyul — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Ramazan bayramı ilə əlaqədar olaraq sərnişin axınının rahatlığını təmin etmək prosesinə tam hazır vəziyyətdədir.

Bunu Sputnik-ə açıqlamasında “Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmisi Nadir Əzməmmədov deyib.

“Sərnişin sıxlığının artmasının nəzərə alaraq biz bayram günlərində ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulmasını təmin edəcəyik. Artıq qoşulacaq vaqonlar hazır vəziyyətdədir. Sərnişin sıxlığına uyğun olaraq müvafiq sayda vaqonlar qataralara qoşulacaq”, — deyə N. Əzməmmədov bildirib.

Onun sözlərinə görə, əsas sıxlıq respublikanın Qərb istiqamətində olduğundan vaqonlar da, bu istiqamətdə hərəkət edən qatarlara qoşulacaq.

“Bundan əlavə olaraq  havaların isti keçməsini nəzərə alaraq sərnişinlərin rahat mənzil başına çatması üçün də lazımi tədbirlər görülüb. Belə ki, vaqonlarda sərinlik yaratmaq üçün kondisioner sisteminin işləməsini təmin edəcəyik və buna diqqət yetirəcəyik. Həmçinin sərnişinlərə sərinləşdirici işkilər təklif olunacaq, stansiyalarda və vağzallarda da kondisionerlərin işləməsinə və oranın sərinləşdirilməsinə də diqqət yetirəcəyik. Gündüz Gəncə istiqamətində hərəkət edən elektrik qatarında da kondisioner sistemi işləməklə yanaşı, sərnişinlərə sərinləşdirici içkilər təklif olunacaq”, — deyə N. Əzmməmədov vurğulayıb.

N. Əzməmmədov onu da əlavə etdi ki, iyulun 20-də bayram başa çatdıqdan sonra vətəndaşların geriyə qaydışının sıxlığını nəzərə alaraq onların Bakıya rahat dönüşünü təmin etmək üçün vaqonların sayı yenidən artırılacaq.

Teqlər:
sərnişin qatarı, Ramazan bayramı, Azərbaycan Dəmir Yolları, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Nadir Əzməmmədov, Azərbaycan

Əsas mövzular