13:28 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
CƏMİYYƏT

Türkiyə, Misir və Tailand turistlər üçün təhlükəlidir

CƏMİYYƏT
Qısa URL
2101

Deputat XİN-ə məktub yazaraq rus turistlərin bu ölkələrə getməsini yasaqlamağı xahiş edib.

BAKI, 15 iyul — Sputnik. Peterburqun deputatı Yevgeni Marçenko Rusiyanın Xarici İşlər Nazirliyinə ölkə vətəndaşlarının Türkiyə, Misir və Tailanda kurorta getməyi qadağan etmək xahişiylə məktub yazıb. 

Sputnik Rusiya mediasına istinadən xəbər verir ki, deputat öz məktubunda xaricdə istirahətin son vaxtlar iqlim fərqinə görə Rusiya vətəndaşlarının sağlamlığı üçün təhlükəli olduğunu qeyd edib.

Marçenko rusiyalı turistlərin xaricdə əziyyət çəkdiyi əsas təhlükələrin yollardakı qəzalar, otel əməkdaşlarının təhlükəsizlik qaydalarına riayət etməməsi, yerli əhalinin "kriminal təcavüz"ü,  ərzaq və alkoqoldan zəhərlənmə olduğunu bildirib. 

Xaricdə dincəlməyə alternativ olaraq, deputat, Rusiyanın Altay, Baykal, Qara dəniz və Xəzər dənizinin sahillərini məsləhət görüb. 

Marçenko yazıb ki, əgər qanunvericilik Misir, Türkiyə və Tailanda getməyi qadağan etməyə icazə vermirsə, onda bu ölkələrə çarter reyslərinin sayını azaltmaq, onlara viza rejimini tətbiq etmək və sığortanın qiymətlərini artırmaq olar. 

Teqlər:
Yevgeni Marçenko, Türkiyə

Əsas mövzular